Bu gün:

Fransanın Bezye şəhərində şərab istehsalçıları


24media.az Azərtac-a istinadən bildirir ki, Fransanın cənubunda yerləşən Bezye (Hérault) şəhərində minlərlə şərab istehsalçısı küçələrə çıxaraq, sektoru dərin böhrandan xilas etmək üçün hökumətdən təcili tədbirlər görməsini tələb edib. Prefektliyin məlumatına görə, nümayişə 4 min nəfər, təşkilatçıların açıqlamasına əsasən isə 7 min üzüm təsərrüfatçısı qatılıb. Aksiyada ümumi sakitlik olsa da, bəzən fişəng partlayışları eşidilib.AZƏRTAC xəbər verir ki, üzümçülük sektorunun nümayəndələri xarici rəqabət, böyük market şəbəkələrinin qiymətləri aşağı salması, ağır tənzimləmə normaları və iqlim dəyişikliyinin təsirləri səbəbindən gəlirlərinin sürətlə azalmasından şikayət edirlər. Hérault həmkarlar ittifaqının (FDSEA) baş katibi Jan-Paskal Pelaqatti aksiyanı uğurlu adlandıraraq, 4–6 min nəfərlik iştirakı ciddi narazılığın göstəricisi kimi qiymətləndirib.

Prefektliyin məlumatında iki zibil qutusunun yandırıldığı və polisə daş atıldığı bildirilib. İki polis əməkdaşı yüngül xəsarət alıb, aksiyaya aid olmayan bir nəfər gözündən zədə alıb. Prefektlik gün ərzində 700 polis və jandarmın səfərbər edildiyini bildirib.

Üzüm təsərrüfatçıları normalardan boğulduqlarını, vergilər altında əzildiklərini, qiymətlər barədə onlara yalan danışıldığını vurğulayırlar. Aksiya iştirakçıları kənd təsərrüfatı nazirini sürətlə hərəkətə etməyə, vaxtın olmadığını və şərab istehsalının bölgədə tənəzzülə uğrayacağını qeyd ediblər.

Turqut Ansari

Paylaş
Şərh əlavə et