Bu gün:

Qəhvə bazarında tənəzzül dərinləşir


Dünyanın böyük qəhvə şirkətləri satışların azalması ilə qarşılaşır.Şirkətlər bunu zəif məhsuldarlıq, ABŞ-də tətbiq edilən tariflər və Qərbdə qəhvə istehlakının aşağı düşməsi ilə izah edir. Bu vəziyyət təxminən 400 milyard dollarlıq qlobal bazarın zəiflədiyini göstərir.

Mütəxəssislər bildirirlər ki, qəhvəyə olan tələbin azalması şirkətləri yeni strategiyalar qurmağa vadar edir. Buna görə də istehsalçılar diqqəti Qərb bazarından çox, Çin və inkişaf etməkdə olan ölkələrə yönəltməyə başlayıblar. Bu bazarlar gələcək satış artımı üçün əsas potensial nöqtələr hesab olunur.

Bununla yanaşı, bəzi şirkətlər xərclərin optimallaşdırılması və daha kiçik, lakin dayanıqlı istehsal modellərinə keçid etməyi planlaşdırır. Analitiklər isə hesab edirlər ki, yaxın aylarda qəhvə qiymətlərində də dəyişikliklər müşahidə oluna bilər.

Mənbə: Reuters.com

Tərcümə etdi: Aylin Bayraməliyeva

Paylaş
Şərh əlavə et