Bu gün:

Məşhur brendlərin ilk məhsulları


Çoxumuzun ilk baxışdan tanıdığı və məhsullarını gündəlik həyatda tez-tez istifadə etdiyi məşhur brendlər, təbii ki, bugünkü uğurlarını uzun tarixlərinə borcludurlar. Şirkətlərin bu dərin köklü tarixinin başlanğıc sərgüzəştlərinin bugünkü kimi ardıcıl olduğunu düşünürsünüzsə, yanılırsınız. Gəlin birlikdə bir az geriyə qayıdaq və nəhəng brendlərin kiçik müəssisələr hesab edildiyi zaman ilk məhsullarına nəzər salaq.

Samsung - Quru Balıq və Meyvə satışı (1938)

Bugünki texnologiya nəhəngi olan Samsung, əvvəllər quru meyvə satışı ilə məşğul idilər.

BMW- Təyyarə Mühərriki (1916)

Alman avtomobil istehsalçısı düz 107 il əvvəl təyyarə sənayesində idi. Brend daha çox mühərrik hissəsi ilə maraqlanırdı.

Nokia - Tualet kağızı (1865)

150 ildən artıqdır fəaliyyət göstərən Nokia, bizim tərəfimizdən daha çox əfsanəvi düyməli telefonları ilə tanınır, lakin ilk yarandığı zaman o, meşə məhsulları fabriki idi. Şirkət kağız və salfet kimi məhsullarla fəaliyyət göstərirdi.

Sony - Düyü bişirən (1946)

Yaponiyada yerləşən Sony texnologiya şirkəti İkinci Dünya Müharibəsindən sonra ilk dəfə düyü bişirici ilə debüt etdi. Dünyanın bəlkə də ilk Airfryer məhsulu adlandıra biləcəyimiz cihaz o zaman çox bəyənilməyib.

Toyota - Tikiş Maşını (1946)

Bu günlərdə bir çox ölkədə ən çox seçilən avtomobil markası kimi tanınan Toyota dünya səhnəsinə tikiş maşını ilə çıxıb.

LG - Diş Ağardıcı Pudra (1947)Bir zamanlar evlərimizi ağıllı telefonları, televizorları və digər ən müasir cihazları ilə bəzəyən LG, ilk illərində kosmetik firma olaraq diş ağardıcı tozların satışı ilə məşğul olurdu.

Mənbə: Onedio.com

Tərcümə etdi: Amin Həsənli

Paylaş
Şərh əlavə et