Polisin bildirdiyinə görə, Mexikoda hökumət əleyhinə nümayişlər zamanı baş verən toqquşmalarda 100-ü polis olmaqla azı 120 nəfər yaralanıb.

Paytaxtın Təhlükəsizlik Xidmətinin rəhbəri Pablo Vazkes bazar günü 40 polis əməkdaşının xəstəxanaya yerləşdirildiyini bildirib.
Mexiko şəhərinin meri Klara Bruqada sosial mediada yazdığı bir yazıda vətəndaşların etiraz etmək hüququnun zorakılığa məruz qalmamalı olduğunu bildirib. O, "radikal etirazçılar qrupu tərəfindən törədilən" hərəkətləri kəskin şəkildə pisləyib.
Şənbə günü minlərlə nümayişçi zorakı cinayətə və prezident Klaudiya Şeynbaumun siyasətinə etiraz etmək üçün Meksikanın paytaxtında yürüş keçirib.
Dövlət başçısı bəyan edib ki, ölkənin digər şəhərlərində də keçirilən yürüşlər onun hökumətinə müxalif olan sağçı siyasətçilər tərəfindən maliyyələşdirilib.
Paytaxtda keçirilən mitinq Z nəslinin gənclər qrupları tərəfindən təşkil edilib və digər məsələlərlə yanaşı, narkotik kartellərinə qarşı sərt tədbirlərin görülməsinə çağıran Uruapan meri Karlos Mansonun bu yaxınlarda öldürülməsinə etiraz edən vətəndaşlar tərəfindən dəstəklənib.
Özünü Generation Z Mexico adlandıran bir qrup sosial mediada qrupun zorakılıqdan, korrupsiyadan və hakimiyyətdən sui-istifadədən yorulmuş meksikalı gəncləri təmsil etdiyini bildirən bir manifest yayımlayıb.
Mənbə: BBC News
Tərcümə etdi: Əli Balayev
