Bu gün:

“Zəfərdən Yüksəlişə” adlı intellektual yarış keçirilib


24media.az Azərtac-a istinadən bildirir ki, Noyabrın 16-da 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü münasibətilə “Yüksəliş” müsabiqəsinin qalibləri, finalçıları və yarımfinalçıları arasında “Zəfərdən Yüksəlişə” adlı intellektual yarış təşkil olunub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın əldə etdiyi tarixi Zəfərə həsr olunmuş Vətən müharibəsinin qəhrəmanlıq səhnələrini, eləcə də Ali Baş Komandanın Zəfər strategiyasını, Azərbaycan Ordusunun rəşadətini və xalqın birliyini əks etdirən videoçarx nümayiş olunub.

Gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev Azərbaycanın Vətən müharibəsində keçdiyi Zəfər yolundan danışıb.

Kvizdə ümumilikdə 152 nəfər iştirakçı mübarizə aparıb. Yarışda 19 komanda iştirak edib. Gərgin və bilik dolu mübarizənin sonunda birinci yerə “ZəfərON”, ikinci yerə “44”, üçüncü yerə isə “Everest” komandaları layiq görülüb. Qalib komandalar müxtəlif mükafatlar və diplomlarla təltif olunub.

Artıq altıncı dəfə keçirilən bu intellektual yarışlar “Yüksəliş” müsabiqəsinin bilik və həmrəylik ruhunu yaşadan ənənəsinin davamıdır. Qeyd edək ki, əvvəlki illərdə keçirilən kvizlər müxtəlif mühüm hadisələrə həsr olunub.

Turqut Ansari

Paylaş
Şərh əlavə et