Səudiyyə Ərəbistanı uzun müddətdir xarici mütəxəssislərə təklif etdiyi yüksək əmək haqqı əlavələrini azaldır.
Bildirilir ki, əvvəl geniş tətbiq olunan yüksək “premium” ödənişlər hazırda daha məhdud şəkildə təklif olunur. Dəyişiklik ölkənin xərclərini optimallaşdırmaq və əmək bazarını real bazar şərtlərinə uyğunlaşdırmaq siyasətinin tərkib hissəsidir.
Mütəxəssislərin sözlərinə görə, əvvəllər yüksək ixtisaslı işçilərə verilən ikiqat maaş təklifləri indi daha balanslı paketlərlə əvəzlənib. Bu tendensiyanın həm ölkənin böyük layihələrinin maliyyələşməsindəki dəyişikliklərlə, həm də əmək bazarında yeni strategiyalarla əlaqəli olduğu bildirilir.
Mənbə: Reuters.com
Tərcümə etdi: Aylin Bayraməliyeva
