Bu gün:

COP29-un Sədri Belemdə Azərbaycanın yaşıl enerji keçidi və regional əməkdaşlıq təcrübəsini bölüşüb


24media.az Azərtac-a istinadən bildirir ki, COP29 Sədrliyi tərəfindən irəli sürülən “Qlobal Enerji Saxlama və Şəbəkələr üzrə Öhdəlik” təşəbbüsü çərçivəsində Braziliyanın Belem şəhərində keçirilən COP30 iqlim sammitində Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29 Sədri Muxtar Babayev Azərbaycanın yaşıl enerji keçidi və regional əməkdaşlıq sahəsində təcrübəsini bölüşüb.Muxtar Babayev bu təşəbbüsə artıq 70-ə yaxın ölkənin qoşulduğunu bildirib. “Azərbaycanın milli səviyyədə gördüyü tədbirlər və regional təşəbbüsləri bu qlobal təşəbbüsün məqsədlərinə birbaşa töhfə verir. Ölkəmiz hazırda yaşıl enerji ötürülməsi üzrə mühüm regional mərkəzə çevrilir. Ölkənin iştirakı ilə dörd regional yaşıl enerji dəhlizi layihəsi həyata keçirilir. Onlardan biri olan “Mərkəzi Asiya – Azərbaycan” yaşıl enerji dəhlizi layihəsi Qazaxıstan və Özbəkistanın elektrik şəbəkələrini Xəzər dənizinin dibi ilə çəkiləcək yüksək gərginlikli kabel vasitəsilə Azərbaycanın şəbəkəsinə birləşdirəcək. Bu layihə vasitəsilə regionun yaşıl enerjisinin Avropa bazarlarına ixracı nəzərdə tutulur.

Həmçinin 2027-ci ilin sonuna qədər Azərbaycan milli enerji sisteminə təxminən 2 qiqavat (GW) bərpaolunan enerji gücünü inteqrasiya etməyi planlaşdırır. Bunun üçün enerji şəbəkəsinin gücləndirilməsi və bərpaolunan enerji mənbələrinin effektiv inteqrasiyası istiqamətində kompleks təhlillər aparılıb və hədəflənmiş addımlar atılır.

Turqut Ansari

Paylaş
Şərh əlavə et