Bu gün:

Nazir Fidan: Kipr Türkünün yanında olmağa davam edəcəyik


Xarici İşlər naziri Hakan Fidan “Ana vətən və təminatçı Türkiyə olaraq hər zaman Şimali Kipr Türk Cümhuriyyəti ilə sarsılmaz bağlarımızı davam etdirəcək, Kipr Türkünün yanında olmağa davam edəcəyik”,- deyib.

Nazir Fidan sosial media hesabından etdiyi açıqlamada Kipr Türk xalqının böyük fədakarlıqlar və çətin mübarizələr nəticəsində qurduğu KKTC-nin 42-ci ilini qeyd edib. Kipr məsələsinin Adadakı reallıqlar əsasında ədalətli, davamlı və dayanıqlı bir həllə çatdırılmasının vacibliyinə işarə edən Fidan “Həll Adadakı iki dövlətin birlikdə mövcud olmasından keçir" ifadəsini istifadə edib.

Fidan həllin açarının Adanın bərabər sahibi olan Kipr Türk xalqının suveren bərabərlik və bərabər beynəlxalq status kimi özündən gələn hüquqlarının təsdiq edilməsi olduğunu vurğulayıb.


Mənbə: Trt Xəbər

Tərcümə etdi: Nəzrin Nəsirova


Paylaş
Şərh əlavə et