"Uşaqlar üçün YouTube proqramlarının çoxu “boş” məzmun təşkil edir və təsəvvür gücünü inkişaf etdirmir", - teletubbies serialının yaradıcısı Enn Wood bu barədə valideynləri xəbərdar edib.
Wood bildirib ki, platformaların alqoritmləri peşəkar yaradıcıların üzərinə düşən “sənətin məsuliyyətini” daşıya bilmir və baxış vaxtını maksimumlaşdırmağa yönəlmiş sistemlər yüksək keyfiyyətli uşaq məzmununu prioritetləşdirmir. O vurğulayıb ki, bu proses uşaq telekanallarının 2003-cü il Kommunikasiyalar Aktından sonra başlayan zəifləməsini daha da sürətləndirib və nəticədə, uşaqlar üçün faydalı proqramların həcmi azalıb.
Məqalədə, həmçinin keçmiş BBC aparıcısı Konnie Huq və tədqiqatçılar qeyd edirlər ki, instant məmnuniyyət və kommersiyalaşma uşaqların daha uzunmüddətli inkişafına töhfə verən proqramların əvəzində qısa, təsirsiz videoları seçmələrinə səbəb olur.
Ekspertlər valideynlərə seçimi nəzarətdə saxlamalarını, uşaqlara uyğun, peşəkarlar tərəfindən hazırlanmış və inkişafı stimullaşdıran məzmunlara üstünlük vermələrini tövsiyə edirlər.
Mənbə: theguardian.com
Tərcümə etdi: Aylin Bayraməliyeva
