24media.az Azərtac-a istinadən bildirir ki, cari ilin ilk 9 ayında İtaliyanın qlobal miqyasdakı ixracı əsas Avropa istehsal iqtisadiyyatlarından daha çox artıb.

Avropa İttifaqı ölkələrinə ixrac 4,5 faiz, Aİ-yə daxil olmayan ölkələrə isə 2,4 faiz artıb. İtaliyanın ixracı aylıq müqayisədə keçən ilin sentyabr ayına görə 10,5 faiz artıb. Ticarət profisiti 35,3 milyard avro təşkil edib.
ABŞ-a ixrac isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz təşkil edib. Tariflərə baxmayaraq, İtaliyanın Amerika bazarındakı payı 2024-cü illə müqayisədə 6,9 faiz artıb, bu göstərici də Almaniyadan (-7 faiz), Fransadan (-4 faiz) və İspaniyadan (-9 faiz) daha yaxşıdır. Bu artım bütün sektorları əhatə edib.
Turqut Ansari
