Braziliya millisinin baş məşqçisi Karlo Ancelotti 2026 Dünya Çempionatına hazırlıqlar çərçivəsində müdafiə xəttində dəyişikliklər etməyə hazırlaşır. İtaliyalı mütəxəssis şənbə günü Senegalla keçiriləcək yoxlama oyununda "Real Madrid"in mərkəz müdafiəçisi Eder Militaonu sağ cinahda sınayacaq.

Keçmiş klub həyatına nisbətən fərqli rejimə uyğunlaşdığını deyən Ancelotti Yaponiyaya qarşı 2:0 öndə olduqları oyunda 3:2 hesablı məğlubiyyətdən sonra müdafiədə daha sabit sistem qurmaq niyyətindədir.
“1994 və 2002-ci illərdə Dünya Çempionluğumuzu sabit müdafiə ilə qazanmışıq. Hücumçular fərq yaratsa da, arxa xətt əsasdır”, – deyə Ançelotti bildirib.
Təcrübəli çalışdırıcı beynəlxalq futbolun gündəlik iş rejimindən fərqli olduğunu qəbul etsə də, bu təcrübədən zövq aldığını deyib.
Mənbə: Reuters
Tərcümə etdi: Mələk Nəsirli
