Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya ABŞ-dan Venesuela və Karib hövzəsində vəziyyətin sabitliyini poza biləcək addımlar atmamasını gözləyir. TASS-a istinadən xəbər verilib ki, bu bəyanat Vaşinqtonun elan etdiyi “Cənub nizəsi” adlı dəniz əməliyyatı ilə bağlı verilib.

Ümid edirik ki, Karib hövzəsində və Venesuela ətrafında vəziyyətin sabitliyini poza biləcək heç bir addım atılmayacaq. Və hər şey beynəlxalq hüquqa uyğun olacaq. Peskov bildirib ki, bu beynəlxalq hüquq hazırda dünyanın bir çox yerlərində bərbad vəziyyətdədir.
Bundan əvvəl Pentaqonun katibi Pit Heqset “Cənub nizəsi” kod adlı hərbi əməliyyatın başlandığını açıqlayıb. O qeyd edib ki, kampaniyanın əsas məqsədi Qərb yarımkürəsində beynəlxalq narkotik kartelləri ilə mübarizə aparmaqdır.
Əməliyyat Mərkəzi və Cənubi Amerika və Karib hövzəsi regionuna cavabdeh olan ABŞ Cənub Komandanlığının komandanlığı altındadır.
Mənbə: News.ru
Tərcümə etdi: Əli Balayev
