Çində süni intellektlə hazırlanmış məzmunun məcburi şəkildə bildirilməsi ilə bağlı yeni qaydalar qüvvəyə minib. Bu addım yanlış məlumatlanma, saxta xəbər və onlayn aldatmalarla mübarizəni gücləndirməyi hədəfləyib. 
Yeni tələblərə əsasən, süni intellekt tərəfindən yaradılmış mətn, şəkil, audio və video materiallar həm açıq, həm də rəqəmsal nişan kimi gizli işarələrlə qeyd olunmalıdır. Platformalar belə məzmunu yayımlamazdan əvvəl yoxlayıb bütün etiketləri düzgün şəkildə tətbiq etməlidirlər. Qaydaların pozulması, o cümlədən etiketlərin silinməsi və ya dəyişdirilməsi ciddi məsuliyyət yaradır və cəzalandırılır. Mütəxəssislər bildirib ki, təkcə etiketləmə yanlış məlumatla mübarizədə tam effekt verməyib və müəyyən texniki çətinliklər qalıb. Fərqli ölkələrin müxtəlif standartlar qəbul etməsi qlobal nəzarəti çətinləşdirib. Buna baxmayaraq, Çin hökuməti süni intellekt məzmununun şəffaflığını artırmaq üçün sərt nəzarət tədbirlərini davam etdirib.
Mənbə: Nuvemmag.com
Tərcümə etdi: Fidan Mənsimova
