Belemdə keçirilən COP30 iqlim sammitində fəallar və bir sıra ölkələrin nümayəndələri fosil yanacaq hasilatının mərhələli şəkildə dayandırılması çağırışlarını gücləndiriblər.
Onlar xəbərdarlıq ediblər ki, neft, qaz və kömürdən istifadə əvvəlki templə davam edərsə, dünya özünü “öz əli ilə məhv etmiş olacaq”.
Müzakirələrdə 17 ölkənin dəstəklədiyi Fossil Fuel Treaty təşəbbüsü ön plana çıxıb. Tələb olunan yeni mexanizmlər çərçivəsində inkişaf etməkdə olan dövlətlərə enerji keçidi üçün maliyyə dəstəyi verilməsi vurğulanıb.
Ekspertlər bildirirlər ki, sammitdə əsas diqqət iqlim ədaləti, yerli icmaların hüquqları və şəffaflıq məsələlərinə yönəlib. Tədbirin növbəti mərhələlərində qlobal istiləşmənin 2°C-dən aşağı saxlanılması üçün daha sərt öhdəliklərin gündəmə gətiriləcəyi gözlənilir.
Mənbə: theguardian.com
Tərcümə etdi: Aylin Bayraməliyeva
