Bu gün:

Tramp qələbəni qeyd edir


Federal işçilər yenə maaş almağa başlayacaq, Milli Parklar yenidən açılacaq, məhdudlaşdırılan və ya tamamilə dayandırılan hökumət xidmətləri bərpa olunacaq. Bir çox amerikalı üçün qorxulu yuxuya çevrilən hava yolu səyahəti yenə sadəcə "sıxıcı" vəziyyətinə qayıdacaq.

Toz-torpaq çökdükdən və Prezident Donald Trampın vəsaitlər haqqında qanuna qoyduğu imzanın mürəkkəbi quruduqdan sonra, bu rekord müddətli hökumət bağlanması nəyi həll edib? Və ona nə qiymətə başa gəlib?

Senatdakı Demokratlar, parlament filibusterindən istifadə edərək, hökuməti müvəqqəti maliyyələşdirən bir Respublikaçı təklifini dəstəkləməyəcəklərini bildirməklə, senatda azlıqda olmalarına baxmayaraq, bağlanmanı təmin ediblər.

Onlar mövqelərini bəlli ediblər və Respublikaçılardan, ilin sonunda müddəti bitəcək gəliri aşağı olan amerikalılar üçün səhiyyə sığortası subsidiyalarını uzatmağı tələb ediblər.

Bazar günü bir qrup Demokrat sıralardan çıxıb hökumətin yenidən açılması üçün səs verdikdə, əvəzində demək olar heç nə əldə etməyiblər – sadəcə subsidiyalar ilə bağlı Senatda səsvermə vədi alıblar, lakin nə Respublikaçıların dəstəyi, nə də Nümayəndələr Palatasında zəruri səs üçün heç bir zəmanət əldə edə bilməyiblər.

Mənbə: BBC news

Tərcümə etdi: Fidan Ağayeva

Paylaş
Şərh əlavə et