24media.az Azərtac-a istinadən bildirir ki, Noyabrın 23-26-da Bakıda ilk dəfə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu keçiriləcək. Forumun rəsmi açılışı noyabrın 24-də Gülüstan Sarayında olacaq.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən AZƏRTAC-a bildiriblər ki, forum çərçivəsində “Zəngəzur dəhlizi: türk coğrafiyasını birləşdirən körpü”, “WUF13-ə doğru - Türk dünyasında ilk” adlı panel müzakirələri təşkil olunacaq.
Toplantıda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından 300-ə yaxın QHT təmsilçisi iştirak edəcək.
Tədbir çərçivəsində Azərbaycan-Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu da təşkil olunacaq.
Forum Bakıdan sonra işini Naxçıvan Muxtar Respublikasında davam etdirəcək. Naxçıvan şəhərində Türk Dövlətləri Təşkilatına Üzv Dövlətlərin QHT-lərinin Platformasının təsis olunması da gözlənilir. Bu Platformada 8 ölkədən QHT-lər birləşəcək.
Turqut Ansari
