Bu gün:

NATO üzvü olan 8 ölkə Ukraynaya silah yardımı edir


NATO-ya üzv səkkiz ölkə ABŞ-nin Ukraynaya silah və texnika tədarükünü özündə ehtiva edən “Ukraynanın Prioritet Ehtiyaclar Siyahısı” (PURL) çərçivəsində Ukraynaya 500 milyon dollar dəstək verəcəklərini açıqlayıb.



Danimarka, Estoniya, Finlandiya, İslandiya, Latviya, Litva, Norveç və İsveçin NATO-nun PURL təşəbbüsü çərçivəsində ABŞ-dən 500 milyon dollar dəyərində birgə hərbi texnika və sursat paketi ilə Ukraynaya dəstək verəcəkləri bildirilir.


Açıqlamada şərhləri yer alan NATO-nun baş katibi Mark Rutte, "Şimali və Baltikyanı müttəfiqlərimiz Ukrayna üçün kritik hərbi texnikanın yer aldığı yeni dəstək paketinin maliyyələşdirilməsini öhdəsinə götürərək əhəmiyyətli bir addım atır",- deyib. Rutte Ukraynanın qış aylarına girdiyi üçün bu avadanlığın son dərəcə əhəmiyyətli olduğunu ifadə edərək, PURL ilə yüklərin Ukraynaya gəlməyə davam etdiyini qeyd edib.


"NATO müttəfiqləri həyati əhəmiyyətli avadanlıq və ləvazimatları tədarük etməyə davam edəcəklər", - Rutte bildirib.


Mənbə: Hürriyet 

Tərcümə etdi: Banuçiçək Qurbanova

Paylaş
Şərh əlavə et