"Ukrayna danışıqları istəmədiyi üçün Rusiya xüsusi əməliyyatı davam etdirəcək. Bir gün Kiyev dialoqa qayıtmalı olacaq, amma daha pis vəziyyətdə olacaq. Gec-tez Ukrayna Rusiya ilə danışıqlar aparmalı olacaq, amma günü-gündən pisləşəcək mövqedən". Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna Xarici İşlər Nazirliyinin danışıqları dayandırması ilə bağlı açıqlamasını şərh edərkən deyib.

Peskovun sözlərinə görə, Kreml bu bəyanatları nəzərə alıb və onları vacib hesab edib. "Onlar əslində Ukrayna tərəfinin təmasları davam etdirmək istəmədiyi faktiki vəziyyəti rəsmiləşdiriblər. Bu, kədərlidir", - o deyib.
Kremlin sözçüsü qeyd edib ki, qarşı tərəflə əlavə müzakirələr aparmaq imkanının olmaması səbəbindən Rusiya “Ali Baş Komandan və Rusiya prezidenti tərəfindən müəyyən edilmiş məqsədlərə nail olmaq üçün” xüsusi hərbi əməliyyatı davam etdirəcək.
Noyabrın 12-də Ukrayna xarici işlər nazirinin müavini Serhiy Kyslytsya bəyan edib ki, Kiyev İstanbulda Rusiya ilə danışıqlar prosesini faktiki olaraq dayandırıb. O, Rusiya nümayəndə heyətinin atəşkəsin əsas şərtlərini müzakirə etməkdən imtina etdiyini iddia edib.
Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin rəhbəri Aleksey Polişçuk bəyan edib ki, Moskva Türkiyənin vasitəçiliyi ilə Ukrayna ilə danışıqları bərpa etməyə hazırdır. O qeyd edib ki, Kiyevin təşəbbüsü ilə danışıqlar prosesi dayandırılıb. Həmçinin Ankara dəfələrlə tərəfləri danışıqlar masasına qayıtmağa çağırıb.
Mənbə: Google News
Tərcümə etdi: Əli Balayev
