Bu gün:

Yenilənmiş 2026-cı il Nissan Pathfinder təqdim olunub


Nissan dörd ildən sonra beşinci nəsil Pathfinder modelini kiçik, amma diqqətçəkən yeniliklərlə Los-Anceles Avtoşousundan əvvəl təqdim edib.

Şirkət vizual dəyişiklikləri minimum səviyyədə saxlayaraq daha çox dizayn və texnoloji yeniliklərə üstünlük verib. Avtomobil daxildən və xaricdən modernləşdirilib, lakin mühərrik əvvəlki kimi saxlanılıb.

Salon ümumi baxımdan tanış görünür, amma 12,3 düyümlük sensor ekran standart halına gətirilib (əvvəllər 8 düym idi). Wireless Apple CarPlay və Android Auto artıq bütün versiyalarda standartdır. 

Böyük ekran fiziki səs tənzimləmə düymələri üçün əvvəlki yeri daraldıb. Lakin Nissan bu problemi dizaynla həll edərək havalandırma çıxışlarının alt hissəsində yeni səs tənzimləmə düymələri və kiçik “hazard” düyməsi əlavə edib. Xrom zolağın üzərinə isə “Pathfinder” yazısı həkk olunub. Platinum versiyasında oturacaqlarda yeni tikiş naxışları və taxta tonlarında bəzəklər tətbiq olunub.

Nissan simsiz telefon doldurucusunu gücləndirərək maksimal gücü 5 vattdan 15 vatta qaldırıb. Bu daha sürətli və az istiliklə enerji yığılmasını təmin edir. Yeni maqnitli telefon yerəşdirmə sistemi sayəsində cihaz künclərdə hərəkət zamanı da sabit qalır.

Yenilənmiş Nissan Pathfinder dilerlərə 2026-cı ilin əvvələrində çatacaq. Şirkət qiymətləri hələ açıqlamayıb, lakin 2025-ci il Pathfinder modelləri ilə müqayisədə azacıq artım gözlənilir.  

Mənbə: Car and Driver

Tərcümə etdi: Nərmin Məmmədzadə


Paylaş
Şərh əlavə et