Bu gün:

"Beşiktaş"-da Rafa Silva böhranı


Kariyerasini bitirmək istədiyi ilə bağlı söz-söhbətlər yaranan Rafanın "Beşiktaş"-ın prezidenti Serdal Adalı ilə görüşü barədə xəbər yayılıb.

Trendyol Super Liqasında "Antalyaspor"-la son matçını zədə səbəbindən buraxan ulduz futbolçu ilə bağlı təəccüblü iddia ortaya çıxıb. "Sabah” qəzetində yer alan xəbərə görə, Rafa Silva “Fənərbaxça” derbisi öncəsi “Beşiktaş”-ın prezidenti Serdal Adalı ilə görüşüb və futbolu tərk etmək istədiyini bildirib. Portuqaliyalı ulduzun Serdal Adalı ilə danışıqlardan sonra razılaşaraq derbidə oynadığı, lakin zədəli olduğunu bildirərək məşqlərdə iştirak etmədiyi bildirilib.

Qeyd edək ki, oyunçunun "Beşiktaş"-la müqaviləsi 2027-ci ildə başa çatacaq.

Mənbə: Fanatik.com

Tərcümə etdi: Zeynəb Şahmarova

Paylaş
Şərh əlavə et