Avstraliyanın Liberal Partiyası ölkənin “net-sıfır karbon emissiyası” hədəfini rəsmən ləğv edib. Partiya rəhbərliyi bu qərarı “iqtisadi reallıqlara uyğun addım” kimi qiymətləndirib.
Ekoloji təşkilatlar isə hökuməti iqlim dəyişikliyinə qarşı məsuliyyətsizlikdə ittiham ediblər. Onların fikrincə, bu qərar Avstraliyanın beynəlxalq iqlim öhdəliklərinə ciddi zərbə vurub.
Mütəxəssislər bildiriblər ki, ölkənin bu addımı qlobal istiləşməyə qarşı mübarizədə mənfi təsir göstərə bilər. Bəzi siyasətçilər hesab edirlər ki, bu qərar ölkənin enerji sektorunda qeyri-sabitliyə səbəb olacaq.
Eyni zamanda, ətraf mühit fəalları etiraz aksiyaları keçirməyə hazırlaşdıqlarını açıqlayıblar. Onlar hökumətdən qərarın yenidən nəzərdən keçirilməsini tələb edirlər.
Mənbə: Theguardian.com
Tərcümə etdi: Aylin Bayraməliyeva
