Bu gün:

Gənc əsgərlərin andiçmə mərasimi keçirilib


24media.az Azərtac-a istinadən bildirir ki, Dövlət Sərhəd Xidmətinin (DSX) birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, mərasimlərdə hərbi rituala uyğun olaraq hərbi hissələrin döyüş bayrağı sıra meydanına gətirilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan mərasimlərdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Böyük Zəfərin 5-ci ildönümünə təsadüf edən andiçmə mərasimlərində çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində mətinliklə döyüşmüş sərhədçilərin dövlət sərhədlərinin toxunulmazlığını ən yüksək səviyyədə təmin etdiklərini xüsusi vurğulayıblar.

Turqut Ansari

Paylaş
Şərh əlavə et