24media.az Azərtac-a istinadən bildirir ki, Almaniyada koalisiya hökumətində təmsil olunan partiyalar – Xristian Demokratlar İttifaqı, Xristian Sosialistlər İttifaqı və Sosial Demokrat Partiyası hərbi xidmətin yeni modeli barədə razılığa gəlib.
18 yaşlı kişilər üçün məcburi tibbi baxış tətbiq ediləcək, 2008-ci ildən doğulan gənclərə isə xidmətə münasibətlərini öyrənmək üçün sorğu göndəriləcək. Xidmət ilkin mərhələdə könüllülük əsasında həyata keçiriləcək. Lakin kifayət qədər müraciət olmadığı halda, Bundestaqın qərarı ilə tələbat əsasında hərbi mükəlləfiyyət aktivləşdiriləcək. Bu zaman tibbi baxışdan keçənlər arasından püşkatma yolu ilə seçim aparılacaq.
Yeni modelə görə, 12 aydan artıq xidmət edənlər müddətli hərbi qulluqçu, daha qısa müddət xidmət edənlər isə könüllü xidmətçi statusu alacaqlar. Xidmət edənlərin maaşları artırılacaq, həmçinin sürücülük vəsiqələri əldə etmək üçün onlara maddi dəstək veriləcək.
Turqut Ansari
