Bu gün:

UNESCO "Gənclər üçün Yaradıcılıq və Miras İpək Yolu boyunca" forumunu elan edib


BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) 17–22 noyabr tarixlərində Çin Xalq Respublikasının Nanjing və Çanqşa şəhərlərində “Gənclər üçün Yaradıcılıq və Miras İpək Yolu boyunca” adlı beynəlxalq forumun keçiriləcəyini elan edib.

Forumun məqsədi gənclərin mədəni irsin qorunması, yaradıcılıq və innovasiya sahəsində rolunu gücləndirməkdir. Tədbir UNESCO-nun “İpək Yolları” proqramı çərçivəsində reallaşacaq və 30-dan çox ölkədən gənc liderləri, mədəniyyət menecerlərini və yaradıcı sahibkarları bir araya gətirəcək.

Müzakirələrdə rəqəmsal texnologiyaların mədəni irsə təsiri, gənclərin yaradıcılıq sənayesində rolu və İpək Yolu boyunca mədəni əməkdaşlığın gücləndirilməsi kimi mövzular yer alacaq.

UNESCO nümayəndələrinin sözlərinə görə, forum mədəniyyətin yalnız keçmişi qorumaq deyil, həm də gələcəyi formalaşdırmaq üçün mühüm vasitə olduğunu bir daha göstərir. 

Mənbə :https://www.unesco.org/en

Tərcümə etdi :Zəhra Məlikova

Paylaş
Şərh əlavə et