Bu gün:

"Sağlam arıqlamağın sirri özünü qəbullanmaqdır"


24media.az-ın bu dəfəki qonağı psixoloq Cəmilə Quliyevadır.

O, dərman və iynələrlə çəki atmada psixologiyanın rolu haqqında suallarımızı cavablayıb.

-Dərman və iynələrlə arıqlama istəyinin əsası nələrdir?

Problem özünü qəbul etməməkdən başlayır. Biz hər şeyi indi və dərhal əldə etmək istəyirik və mükəmməlliyin dalınca qaçırıq. Arıqlamaq üçün iynələr və dərmanlar yalnız həkimin göstərişi və resepti ilə zərurət olduqda istifadə edilməlidir. Bu, artıq piylənmənin müxtəlif dərəcələri və ya şəkərli diabet kimi daha ciddi problemlərlə bağlı ola bilər.

-Bu yollarla sürətli arıqlamağa çalışan insanlara ilk növbədə nə tövsiyyə olunmalıdır?

Əvvəlcə insan özü ilə harmoniyada olmalı və daxili rahatlığını tapmalıdır. Yalnız bundan sonra zərurət olarsa, dietoloqa müraciət etmək lazımdır. Hamımız fərqli olmağa və öz fərdiliyimizi göstərməyə çalışırıq, amma bəzən insanlar unudurlar ki, fərdilik insanın özü ilə dostluğundan başlayır.

Hazırladı: Fatimə Umarbəy

Paylaş
Şərh əlavə et