Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçelini Ankaradakı iqamətgahında ziyarət edib.
Görüşdə mühüm mövzular müzakirə olunub. Türkiyənin terrorsuz gələcəyinə doğru prosesdəki son vəziyyət, eləcə də Gürcüstanda 20 hərbçinin şəhid olduğu təyyarə qəzası, görüşün əsas gündəm mövzuları olub. Ərdoğan və Baxçeli arasında son görüş 4 sentyabrda baş tutub. Şimali Kipr Türk Cümhuriyyətindəki seçkilərdən sonra MHP sədri Dövlət Baxçalı ilə fikir ayrılığı yarandığı və Cümhur İttifaqında çatlar əmələ gəldiyi barədə iddialar Ankarada məclisdə səsləndirilib. Beştəpədə keçirilən 29 oktyabr qəbuluna qatılmayan Baxçeli isə bu iddiaları etdiyi açıqlamalarla təkzib etmişdi. Baxçalı Anıtqəbirdə keçirilən 10 noyabr mərasimində də iştirak edib.
Mənbə: Haberglobal.com
Tərcümə etdi: Turqut Ansari
