Ford Racing şirkəti Detroyt Avtomobil Sərgisi çərçivəsində yeni istehsal avtomobilinin təqdimatını təsdiqləyib. 2026-cı il motorsport mövsümünün başlanğıcı ilə eyni vaxtda keçiriləcək təqdimat böyük maraq doğurub.
Detroyt hələ də ABŞ avtomobil sənayesinin “ürəyi” sayılır və Ford üçün bu şəhərin xüsusi əhəmiyyəti var. Şirkət 2015-ci ildə GT350R, Raptor və yeni Ford GT modellərini təqdim etməklə bütün dünyada avtomobil sevərləri heyrətləndirib.
On il sonra “Mavi Ova” (Ford-un simvolik adı) Detroytda yenidən diqqət mərkəzinə düşəcək bir təqdimat planlaşdırır. Şirkət yenilənmiş Miçiqan Mərkəzi Vağzalında öz sərgisini keçirəcək və bu eyni həftə baş tutacaq 2026 Detroyt Avtoşousu ilə paralel reallaşacaq.
Fordun yanvar ayında bu qədər fəal olma istəyinin səbəbi də bəllidir. Bu tarix markanın son illərdəki ən iddialı idman avtomobil mövsümünün başlanğıcı olacaq. Ford 20 ildən çox fasilədən sonra Formula 1-ə qayıdır ki, bu da tarixi hadisə sayılır. Bundan başqa, NASCAR, GT3 Mustanq və Dakar yarış avtomobilləri də nümayiş olunacaq.
Ən maraqlısı isə həmin gün Fordun tamamilə yeni bir istehsal avtomobilini də təqdim edəcək olmasıdır. Şirkət bildirib ki, Ford Racing innovasiyalarını gündəlik sürülən avtomobillərə inteqrasiya edir. Detalları açıqlanmasa da, yeni modelin Mustanq ailəsinə daxil olmayacağı ehtimal olunur, çünki GTD artıq bu xəttin zirvəsini təmsil edir.
Yeni avtomobilin təqdimatı 15 yanvar 2026-cı ildə baş tutacaq.
Mənbə: Pistonheads
Tərcümə etdi: Nərmin Məmmədzadə
