Bu gün:

“China Datang Corporation Ltd.” şirkətinin sədri ilə görüş keçirilib


İqtisadiyyat Nazirliyinin məlumatına görə, 24Media şirkəti xəbər verib ki, "China Datang Corporation Ltd." ilə enerji keçidi, yaşıl enerji və yaşıl sənaye parkı layihələri üzrə müzakirələr aparılıb. Bu görüşdə tərəflər təbii sərvətlərdən daha səmərəli istifadə etməyin yollarını və bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər.

İqtisadiyyat naziri Mikayıl Cabbarov “China Datang Corporation Ltd.” şirkətinin sədri Lü Cün ilə görüşüb.


Görüşdə Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı, qeyri-neft sektorunun şaxələndirilməsi və yaşıl enerji konsepsiyası çərçivəsində həyata keçirilən islahatlar diqqətə çatdırılıb. Qeyd edilib ki, bərpa olunan enerji mənbələrinin inkişafı, enerji səmərəliliyinin artırılması və texnoloji innovasiyaların tətbiqi ölkə iqtisadiyyatının əsas prioritet istiqamətlərindəndir. 


Tərəflər birgə fəaliyyətin perspektivləri kimi enerji keçidi, “Birgə Yaşıl Enerji Sənaye Parkı” layihəsinin həyata keçirilməsi, energetika sektoruna kapital qoyuluşu, lokallaşdırma və texnologiya transferi məsələlərini müzakirə ediblər. 


Qeyd edək ki, Çinin ən iri dövlət energetika şirkətlərindən olan “China Datang Corporation Ltd.” 2002-ci ildə yaradılıb. Şirkət enerji istehsalı, bərpa olunan enerji texnologiyalarının tətbiqi, enerji səmərəliliyi, avadanlıq istehsalı və innovativ enerji həlləri sahəsində geniş təcrübəyə malikdir.


Asiya Zeynallı

Paylaş
Şərh əlavə et