Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin məlumatına istinadən, 24media.az xəbər verir ki, Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2025-ci il noyabrın 28-də, saat 10:00-da Ağdam rayon Heydər Əliyev Mərkəzində (ünvan: Ağdam rayonu, Quzanlı qəsəbəsi, Heydər Əliyev prospekti) Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Füzuli, Laçın rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.

Vətəndaşlar 2025-ci il noyabrın 24-dək Nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.
Rəna Qarayeva
