24media.az Azərtac-a istinadən bildirir ki, ABŞ-ın texnologiya nəhəngi “Google” şirkəti Almaniyada 5,5 milyard avro dəyərində investisiya proqramı həyata keçirməyi planlaşdırır.
Almaniyanın vitse-kansleri Lars Klinqbayl bu təşəbbüsü ölkəsinin innovasiya, süni intellekt və iqlimə neytral transformasiyası üçün əsl gələcək sərmayəsi kimi dəyərləndirib.
Şirkət investisiya proqramının 2029-cu ilə qədər hər il təxminən 9 min iş yerinin qorunmasına şərait yaradacağını açıqlayıb. Yeni məlumat mərkəzində yaranan artıq qalan istilik enerji kimi istifadə olunaraq, Offenbax şəhərinin şəbəkəsinə ötürüləcək. Münxendə isə 30 min kvadratmetr sahəyə malik müasir inkişaf mərkəzi yaradılacaq.
Bu addımın Almaniyanın Avropada rəqəmsal infrastruktur üzrə lider mövqeyini daha da möhkəmləndirəcəyi, süni intellekt və “yaşıl texnologiya”lar sahəsində potensialını gücləndirəcəyi bildirilir.
Turqut Ansari
