Bu gün:

COP30-un iqlim gündəliyində şəhərlər əsas mövzuya çevrilib


24media.az Azərtac-a istinadən bildirir ki, Braziliyanın Belen şəhərində keçirilən “Şəhərsalma və İqlim Dəyişikliyi üzrə Nazirlər görüşü” çərçivəsində COP30-un Prezidenti, səfir Andre Korrea do Lago şəhərlərin iqlim danışıqlarının mərkəzinə çevirilməsinin vacibliyini vurğulayıb.AZƏRTAC xəbər verir ki, COP30-un Prezidenti xüsusilə adaptasiya tədbirləri şəhər səviyyəsində iqlim böhranına qarşı dayanıqlılığın təmin olunmasında həlledici rol oynadığını bildirib. Azərbaycanı tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva təmsil edib.

Tədbirdə BMT-nin Məskunlaşma Proqramı – UN-Habitat tərəfindən “Urban Content in NDC 3.0: A Global Overview for COP30” adlı yeni hesabat təqdim olunub. Hesabata əsasən, ölkələrin yenilənmiş Milli Müəyyən Edilmiş Töfhələrində (NDC-lərdə) şəhərlərlə bağlı bölmələrin həcmi iki dəfədən çox artıb.

Turqut Ansari

Paylaş
Şərh əlavə et