Bu gün:

Furkan Bölükbaşı həbs olunub


Ulu öndər Mustafa Kamal Atatürkə qarşı təhqiramiz paylaşımları ilə tanınan və “Prezidentə sui-qəsd və fiziki hücum” ittihamı ilə saxlanılan Furkan Bölükbaşı həbs edilib.Furkan Bölükbaşı etdiyi paylaşımın ardından “Prezidentə sui-qəsd və fiziki hücum” ittihamı ilə saxlanılmışdı. Həbs tələbi ilə Sülh Cinayət Hakimliyinə göndərilən Furkan Bölükbaşı barəsində həbs qərarı çıxarılıb.

Anadolu Baş Prokurorluğu Furkan Bölükbaşının sosial media platformasında Prezidentə qarşı etdiyi paylaşım ilə bağlı olaraq “Prezidentə sui-qəsd və fiziki hücum” ittihamı üzrə öz təşəbbüsü ilə istintaqa başlayıb.

Baş Prokurorluğun açıqlamasında bildirilib ki, şübhəli prokurorluğun göstərişi əsasında saxlanılıb və istintaq çərçivəsində maddi həqiqətin üzə çıxarılması üçün tədbirlərin diqqətlə davam etdirildiyi qeyd olunub.

Mənbə: Haberglobal.com

Tərcümə etdi: Turqut Ansari

Paylaş
Şərh əlavə et