Bu gün:

Mali mədəniyyətini qoruyan festival təhlükələrə baxmayaraq, keçirilib


Malidə keçirilən “Rendez-Vous Chez Nous” adlı marionet festivalı silahlı qrupların təhdidlərinə baxmayaraq, uğurla başa çatıb.

Təşkilatçılar bildiriblər ki, festivalın əsas məqsədi Malinin zəngin mədəniyyətini qorumaq və gənc nəsildə sənətə marağı artırmaq olub. Çətin təhlükəsizlik şəraitinə baxmayaraq, yüzlərlə insan bu tədbirdə iştirak edib.

Bu festival mədəniyyətin sülh və birliyin qorunmasında mühüm rol oynadığını bir daha sübut edib.

Mənbə: Apnews.com

Tərcümə etdi: Aylin Bayraməliyeva 

Paylaş
Şərh əlavə et