24media.az Azərtac-a istinadən bildirir ki, Noyabrın 11-də Medianın İnkişafı Agentliyi və Avropanın aparıcı xəbər şəbəkələrindən biri olan “Euronews” telekanalının birgə əməkdaşlığı çərçivəsində “Euronews Academy” beynəlxalq tədris proqramının “TV və canlı jurnalistika (“live journalism”)” mövzusuna həsr olunan növbəti mərhələsinə start verilib.
AZƏRTAC xəbər verir ki, “Euronews”un Bakı üzrə icraçı direktoru Fernando Soares diqqətə çatdırıb ki, “live journalism” formatı auditoriya ilə birbaşa ünsiyyətə əsaslanan və iştirakçılıq prinsipini önə çıxaran yeni nəsil media təcrübəsidir. Təlim proqramı jurnalistlərə hadisələri canlı, faktoloji dəqiqlik və emosional təsir balansı ilə təqdim etmə bacarıqlarını təkmilləşdirməyə imkan yaradır. Vurğulanıb ki, bu təşəbbüs informasiya məkanında etibarlılığın və ictimai marağın davamlılığının təmininə xidmət edən mühüm addımdır.
Turqut Ansari
