İtaliya millisinin baş məşqçisi Cennaro Qattuzo Federiko Kyezanın bir daha adzurrilərdə oynamaqdan imtina etdiyini açıqlayıb.

Məşqçi bildirib: "Oyunçunun mənə dediklərinə hörmət etməliyəm".
"Liverpul"un cinah oyunçusu Kyeza noyabrda fasilə zamanı İtaliya millisində oynamaqdan imtina edib.
Keçmiş "Yuventus" ulduzunun qərarı bazar ertəsi Football Italia-nın qatıldığı mətbuat konfransında Qattuzo tərəfindən təsdiqlənib.
Mənbə: Football-italia.net
Tərcümə etdi: Zeynəb Şahmarova
