İspaniya futbolunun köklü klublarından biri olan “Atletiko Madrid” gözlənilməz bir qərarla diqqət çəkib. Klubun əksər səhmləri beynəlxalq investisiya şirkəti Apollo Sports Capital tərəfindən alınıb, bununla da şirkət “Atletiko”nun əsas pay sahibi olub.

Rəsmi açıqlamaya görə, “Atletiko Madrid” səhmlərinin 65,98%-i “Atletiko HoldCo” şirkətinə məxsus olsa da, bu payın böyük hissəsi artıq Apollo Sports Capital-a keçib. Səhmlərin tam transferi 2026-cı ildə tamamlanacaq və yeni sərmayə klubun inkişaf planlarına təkan verəcək.
Klub rəhbərliyində ciddi dəyişiklik gözlənilmir – baş direktor Migel Anxel Gil Marin və prezident Enrike Cerezo öz vəzifələrində qalacaqlar. Bu razılaşma “Atletiko Madrid” üçün yeni bir dövrün başlanğıcı kimi qiymətləndirilir.
https://www.haberler.com/spor/ispanyol-devi-atletico-madrid-satildi-19239642-haberi/
Mənbə: Haberler
Tərcümə etdi: Ömər Cəfərov
