Bu gün:

Demokratlar Respublikaçı razılaşmanı dəstəkləyib, hökumət açılıb


Bazar günü yeddi Demokrat senator və bir müstəqil Respublikaçıların ABŞ hökumətini yenidən açmaq üçün hazırladığı razılaşmanı dəstəkləyib. Bu addım həftələrlə davam edən çıxılmaz vəziyyətə son qoyaraq hökumətin tarixdəki ən uzunmüddətli bağlanma dövrünü başa çatdırıb.

Demokratlar əvvəllər razılaşmanı səhiyyə subsidiyalarının dayandırılması riski səbəbilə rədd edirdilər. Onlar bunun milyonlarla ailəyə mənfi təsir göstərəcəyini bildirirdilər. Lakin bir neçə senator yaranmış ziyanın azaldılması üçün kompromisə getməyin vaxtı çatdığını deyib.

Virciniyadan senator Tim Keyn razılaşmanı federal işçilərin hüquqlarını müdafiə etdiyi üçün dəstəklədiyini bildirib. Onun sözlərinə görə, sənəd işçiləri əsassız ixtisarlardan qoruyur, bağlanma dövründə maaşların geri ödənilməsini təmin edir və səhiyyə sistemindəki problemlərin aradan qaldırılmasına doğru addım sayılır.

Nyu-Hempşirdən senator Jean Shaheen razılaşmanın iki partiya əməkdaşlığını bərpa etdiyini vurğulayıb. O deyib ki, danışıqlar zamanı Respublikaçılar səhiyyə məsələsini gündəmə gətirməyiblər və gözləmək sadəcə insanların əziyyətini artırıb.

Ştatın digər senatoru Maggie Hassan isə seçicilərinin həm hökumətin bağlanmasından, həm də artan səhiyyə xərclərindən zərər çəkdiyini qeyd edib. Onun sözlərinə görə, hökumətin fəaliyyətinin bərpası uşaqları, yaşlıları və veteranları qorumaq baxımından vacibdir.

Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et