Bu gün:

Keçmiş kibercinayətkarın ilk açıqlamaları yayımlanıb


İllərlə “Tank” ləqəbli keçmiş kibercinayətkar haqqında araşdırmalar aparan jurnalist aylarla Kolorado həbsxanasında onunla görüşü planlaşdırdıqdan sonra, nəhayət, qapının açıldığını və Pençukovun içəri daxil olduğunu müşahidə edib.

Görüş zamanı jurnalist ayağa qalxaraq keçmiş kibercinayətkarı peşəkar salamlayıb. Lakin “Tank” dəcəl bir cizgi film qəhrəmanı kimi sütunun arxasından başını çıxarıb, üzündə geniş təbəssümlə baxaraq göz vurub. 


39 yaşlı ukraynalı Vyaçeslav Pençukov bildirib ki, kiberdünyanın zirvəsinə texniki bacarığı ilə deyil, cinayətkarlıq cazibəsi ilə yüksəlib. O, həmçinin qeyd edib: “Mən mehriban adamam, dostluq qurmaq mənim üçün asandır".


Mənbə: BBC News

Tərcümə etdi: Nərmin Nəcəfova



Paylaş
Şərh əlavə et