24media.az Azərtac-a istinadən bildirir ki, Gəncə İdman Sarayında keçirilən aerobika gimnastikası üzrə Avropa çempionatı uğurla davam edir.
Çempionatın ikinci günündə 15 yaşadək idmançılar arasında üçlük, fərdi və qarışıq cütlük kateqoriyalarında, eləcə də gənclər arasında fərdi, qrup və aerodans proqramları üzrə təsnifat mərhələləri keçirilib. Gənc gimnastların çıxışları tamaşaçılar tərəfindən böyük maraqla izlənilib.
Yarışların gedişində iştirakçılar texniki bacarıqlarını, sinxronluq və bədii təqdimat səviyyələrini nümayiş etdiriblər. Təsnifat mərhələsinin nəticələrinə əsasən, ən yüksək xal toplayan gimnastlar final mərhələsinə vəsiqə qazanıblar.
Turqut Ansari
