Bu gün:

Pekində Azərbaycan-Çin münasibətlərinə dair elmi konfrans keçirilib


24media.az Azərtac-a istinadən bildirir ki, Çinin paytaxtı Pekində Azərbaycan-Çin münasibətlərinə dair beynəlxalq elmi konfrans keçirilib.Konfransda hər iki ölkənin Elmlər akademiyalarının müvafiq bölmələrinin, ali təhsil ocaqlarının, beyin mərkəzlərinin alim, müəllim və tədqiqatçıları Azərbaycan ilə Çin arasında siyasi, iqtisadi, mədəni, humanitar, elm və təhsil sahəsində əməkdaşlığına dair məruzələr edib, fəal fikir mübadiləsi aparıblar.


Qeyd olunub ki, tarixi İpək yolu dövründən təməli qoyulan münasibətlər Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yeni mərhələyə daxil olub. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyev Azərbaycanın Çin ilə münasibətlərinin inkişafını daim diqqətdə saxlayıb.

Turqut Ansari

Paylaş
Şərh əlavə et