Bu gün:

Almaniyada BSW partiyasının sədri vəzifəsindən istefa verib


24media.az Azərtac-a istinadən bildirir ki, Almaniyada Sahra Vaqenknext İttifaqının (BSW) qurucusu və sədri Sahra Vaqenknext partiya rəhbərliyindən istefa verdiyini açıqlayıb.Sahra Vaqenknext bundan sonra partiyanın proqram və ideoloji istiqamətlərinin formalaşdırılması ilə məşğul olacağını, bu məqsədlə yaradılacaq yeni Dəyərlər Komissiyasına rəhbərlik edəcəyini bildirib. O, bu qərarın əsas səbəbini partiyanın gələcək inkişafı üçün daha çox məzmun üzərində işləmək istəyi ilə əlaqələndirib.

BSW-nin yeni rəhbərliyinə hazırkı həmsədr Amira Məhəmməd Ali və Avropa Parlamentinin üzvü Fabio De Masi namizəd göstərilib. Partiyanın yeni rəhbər orqanları dekabrın 6-7-də Maqdeburqda keçiriləcək qurultayda seçiləcək.

Turqut Ansari

Paylaş
Şərh əlavə et