Bu gün:

Vatikan əsgəri yəhudi qadınlara qarşı hərəkətinə görə sorğulanır


Vatikanda Papanı qoruyan İsveçrə Qvardiyasının bir üzvü iki yəhudi qadına qarşı təhqiramiz davranışda ittiham olunaraq araşdırılır.

Hadisənin 29 oktyabrda Müqəddəs Pyotr meydanında, Papa Leonun antisemitizmi qınadığı audiensiya öncəsi baş verdiyi bildirilir. Qadınlar Katolik kilsəsinin qeyri-xristian dinlərlə münasibətlərini tənzimləyən “Nostra aetate” sənədinin 60 illiyinə həsr olunmuş tədbirdə iştirak edən yəhudi nümayəndə heyətinin üzvləri olublar.

İsrailli yazıçı Mikhal Govrin Kathpress agentliyinə deyib ki, qvardiya üzvü onlara “hörmətsizliklə səslənib” və “tüpürmək hərəkəti edib”. İsveçrə Qvardiyasının sözçüsü Eliah Cinotti isə bildirib ki, hadisə ilə bağlı daxili araşdırma aparılır, bu “standart prosedur”dur və qurum “antisemitizmdən uzaqdır”.

Papa Leo çıxışında xatırladıb ki, Nostra aetate sənədi yəhudilərin Məsihin ölümündə kollektiv məsuliyyət daşıdığı fikrini rədd edib və Katolik kilsəsi antisemitizmi qəti şəkildə pisləyir.

Mənbə: The Guardian

Tərcümə etdi: Fərid Tapdıqov

Paylaş
Şərh əlavə et