Bu gün:

İdman zamanı tərləmək çox çalışmaq deməkdir?


Tərləmək həmişə “çox çalışdığın” mənasına gəlmir. Bədənin istilik tənzimlənməsi prosesi kimi tərləmə sadəcə istiliyin artmasına reaksiyadır. Bədən temperaturu yüksəldikdə beyin tərləmə siqnalı göndərir və bu, sərinləməyə kömək edir.

Bath Universitetindən tədqiqatçı Adam Collins izah edir ki, məşq zamanı yaranan enerji istini artırır və nəticədə, daha çox tər əmələ gəlir. Lakin bu, hər zaman eyni səviyyədə fiziki gərginlik demək deyil.

Tərləməyə bir çox amillər təsir edir- havanın temperaturu, rütubət, geyim, yaş, bədən ölçüsü və fiziki hazırlıq səviyyəsi. Rütubətli havada tər buxarlanmır, bu da insanı daha çox tərləyirmiş kimi göstərir. Soyuq havada isə eyni səviyyədə çalışsan belə, daha az tər görə bilərsən.

Qısası, tərləmək məşqin intensivliyini ölçmək üçün etibarlı göstərici deyil. Daha doğru ölçülər nəfəsin sürəti, nəbz dərəcəsi və subyektiv gərginlik hissidir. Buna baxmayaraq, tər bədənin susuz qaldığını göstərən əlamətdir- idmandan sonra mütləq maye qəbul etmək lazımdır.

Mənbə: The Guardian

Tərcümə etdi: Rəna Qarayeva

Paylaş
Şərh əlavə et