Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin Hindistana səfərinin 2025-ci ilin sonuna planlaşdırıldığını açıqlayıb. TASS xəbər verib ki, Kreml səfərin mənalı və səmərəli olacağını gözləyir.

Hazırda biz Putinin bu ilin sonuna planlaşdırılan Hindistan səfərinə fəal şəkildə hazırlaşırıq. Ümid edirik ki, bu, mənalı səfər olacaq”, – Peskov bildirib.
O, həmçinin vurğulayıb ki, səfərin təfərrüatları və sənədləri hələlik açıqlanmır.
Peskov daha əvvəl bəyan edib ki, Rusiya tərəfi Qazaxıstanın Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə yardım etmək istəyindən xəbərdardır. O qeyd edib ki, Kreml Astananın səylərini və Moskva ilə Kiyev arasında potensial danışıqlar üçün platforma təqdim etmək istəyini yüksək qiymətləndirib.
Daha sonra Kremlin sözçüsü bəyan edib ki, Putin danışıqlar zamanı təmas xəttində baş verən hadisələr barədə həmişə həmsöhbətlərini məlumatlandırıb. Onun sözlərinə görə, dövlət başçısı bunu Qazaxıstan lideri Kasım-Jomart Tokayevlə görüşü zamanı edəcək.
Mənbə: News.ru
Tərcümə etdi: Əli Balayev
