Bu gün:

BBC rəhbərliyində istefa dalğası


Dünyanın ən nüfuzlu media qurumlarından biri olan BBC-də rəhbər dəyişiklikləri diqqət mərkəzinə çevrilib.

BBC-nin baş direktoru Tim Davie və xəbər bölməsinin rəhbəri Deborah Turness “Panorama” proqramında Donald Trump-ın nitqinə dair kadrların qərəzli şəkildə redaktə olunması ilə bağlı tənqidlərdən sonra istefa veriblər.

Davie bildirib ki, “BBC ümumilikdə yaxşı iş görüb, amma səhvlərə görə məsuliyyəti mən daşıyıram”. Turness isə qurumun qərəzli fəaliyyət göstərməsi iddialarını rədd edib.

İstefalar mediada obyektivlik və ictimai etimad məsələlərinə dair yeni müzakirələrə səbəb olub. Hadisə, həm də dövlət tərəfindən maliyyələşən media qurumlarının müstəqilliyi barədə suallar doğurub.

Mənbə: reuters.com

Tərcümə etdi: Aylin Bayraməliyeva

Paylaş
Şərh əlavə et