Zooparka bir erkək və bir dişi Misir tikanlı quyruqlu gətirilib — bu iri sürünənlər Afrika səhraları və yarı səhralarında yaşayırlar. Paytaxtın merinin dediyi və hökumət saytında bildirildiyi kimi, heyvanlar terrariumun xidməti otağında yerləşdirilib.

Yeni cütlüyün yaşı hələ dəqiq müəyyənləşdirilməyib. Zooparkdan qeyd ediblər ki, bu növə nadir hallarda rast gəlinir. Sürünənlərin rahatlığı üçün geniş terrarium tələb olunur, çünki onlar çox aktivdir və hərəkət etmək üçün böyük məkana ehtiyac duyurlar.
Mütəxəssislər sürünənlər üçün təbii mühitə yaxın şərait yaradırlar: quru hava, 25–30 °C temperatur və 40–50 °C-ə qədər isinə biləcəkləri xüsusi sahə. Bundan əlavə, heyvanlara ultrabənövşəyi işıq təmin olunur ki, bu da onların maddələr mübadiləsini və dərilərinin sağlamlığını qorumağa kömək edir.
Mənbə: snob.ru
Tərcümə etdi: Aysel Mehtizadə
