Bu gün:

Messi "Inter Miami"yə tarixi qələbə qazandırıb


Lionel Messinin iki qol və iki assistlə parladığı gecədə "Inter Miami" MLS Kuboku Pley-off mərhələsində tarixində ilk dəfə növbəti mərhələyə vəsiqə qazanıb. Florida ştatının Fort Lauderdale şəhərində keçirilən ilk raundun üçüncü oyununda "Nashville SC" üzərində 4:0 hesablı qələbə komandanın uğurunu təmin edib.

Messi bu seriyada ümumilikdə 5 qol və 3 assistlə çıxış edib, yəni komandasının vurduğu 8 qolda birbaşa iştirak edib. Altıncı pillənin sahibi "Nashville"ə qarşı bütün turnirlərdə 15 qolu ilə Messi MLS-də ən çox qol vurduğu komandaya qarşı oynayıb. Maraqlıdır ki, ikinci pillədə qərarlaşan "FC Cincinnati"yə qarşı hələ qol vurmayıb. "Inter Miami" iki həftə sonra bu rəqibə qarşı Şərq Konfransı yarımfinalında bir oyundan ibarət görüş keçirəcək.

Bu oyunda cəzalı Luis Suarezin yoxluğuna baxmayaraq, Tadeo Allende də ikinci hissədə iki qol vuraraq və bir assist edərək qələbəyə töhfə verib.

"Nashville SC" isə ardıcıl üçüncü dəfə pley-offun ilk mərhələsində mübarizədən kənar qalıb. Komanda baş məşqçi B.J. Callagha-nın rəhbərliyi altında 2024 turnirini buraxdıqdan sonra bu mövsüm pley-offa qayıtsa da, uğur əldə edə bilməyib. Qarşılaşmanın 10-cu dəqiqəsində Messi hesabı açıb. Ian Fray-ın təzyiqi nəticəsində Matthew Corcora-nın geri ötürməsi Allende tərəfindən kəsilərək Messiyə ötürülüb. Argentinalı ulduz cərimə meydanına yaxınlaşaraq təxminən 20 metrlik məsafədən aşağı zərbə ilə topu qapıçı Joe Willis və dirək arasından tora göndərib.

39-cu dəqiqədə isə Jordi Albanın ötürdüyü uzun topu müdafiəçi Walker Zimmerman uzaqlaşdıra bilməyib və top Mateo Silvettiyə gəlib. O isə dərhal Messiyə ötürərək onun ikinci qoluna şərait yaradıb.

İkinci hissənin əvvəlində "Nashville" fərqi azaltmağa çalışsa da, Sam Surridge-in vurduğu qol hakimin fiti ilə ləğv edilib.

73 və 76-cı dəqiqələrdə isə Allende ard-arda iki dəfə fərqlənib. İlkində Messi və Albanın kombinasiyası onun qapı qarşısında aşağı zərbə ilə qol vurmasına imkan verib. İkinci qol isə Messinin vaxtında ötürdüyü pasdan sonra Allende-nin qapıçı üzərindən çipi ilə reallaşıb.

Bu qələbə ilə "Inter Miami" tarixində ilk dəfə MLS pley-offunun növbəti mərhələsinə keçib.

Mənbə: Reuters 

Tərcümə etdi: Mələk Nəsirli 

Paylaş
Şərh əlavə et