İrlandiya Futbol Assosiasiyası UEFA-ya İsrailə dərhal avrokuboklardan kənarlaşdırılmaq üçün rəsmi təklif təqdim etməsi barədə göstəriş vermə qərarını təsdiqləyib.

İsrailə qarşı qlobal hiddət artmaqda davam etdikcə futbol dünyası lazımi addımları atır. İrlandiya İsrailə Avropa futbolundan qadağa qoymaq üçün yeni addım atıb. İrlandiya Futbol Assosiasiyası (FAI) İsrailin UEFA-dan uzaqlaşdırılması üçün rəsmi müraciət etmək qərarına gəlib.
FAI Baş Assambleyasının qəbul etdiyi qətnamədə vurğulanıb ki, İsrailin Fələstin Futbol Federasiyasının icazəsi olmadan işğal olunan İordan çayının qərb sahilində qanunsuz yaşayış məntəqələrində klublar yaratması həm FİFA-nın 73-cü maddəsini, həm də UEFA-nın 5-ci maddəsini açıq şəkildə pozur. Həmçinin İsrailin irqçiliklə mübarizədə təsirli siyasət həyata keçirməməsi ilə UEFA nizamnaməsinin 7-ci maddəsini pozduğu bildirilib.
İsrail milli komandası və klub komandaları UEFA yarışlarında iştirak ediblər, lakin onlar ev oyunlarının çoxunu neytral meydanda keçiriblər. İsrailin beynəlxalq yarışlardan uzaqlaşdırılması ilə bağlı oxşar çağırışlar əvvəllər də Türkiyə və Norveç futbol rəsmiləri tərəfindən səsləndirilib.
Mənbə: En Son Haber
Tərcümə etdi: Banuçiçək Qurbanova
