Bu gün:

İsveçdə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib


24media.az Azərtac-a istinadən bildirir ki, İsveçin Höteborq şəhərində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan–Qarabağ Mərkəzinin təşkilatçılığı ilə Zəfərin 5-ci ildönümü münasibətilə bayram tədbiri keçirilib.Tədbirin aparıcılığını İsveçdə yaşayan fəal gənclərimiz Gülnisə İbrahimova, Fəridə Talıblı və Məsumə Rüstəmli həyata keçiriblər.

Bayram tədbiri uşaqların ifasında təqdim olunan vətənpərvər səhnəciklə başlayıb. Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə tədbir rəsmi şəkildə açıq elan olunub.

Uşaqlardan ibarət “Xarı Bülbül” rəqs qrupunun balaca üzvləri milli rəqslərimizi ifa edərək böyük alqışlarla qarşılanıblar. Ardınca Belçikadan gəlmiş Nurlana Veysova “Şuşanın dağları”, “Azərbaycan”, “Qarabağ” mahnılarını ifa edərək tədbirə xüsusi bir ruh qatıb.

Turqut Ansari

Paylaş
Şərh əlavə et