24media.az Azərtac-a istinadən xəbər verir ki, tədbir İğdır vilayəti Valisinin Administrasiyası, Azərbaycanın Qarsdakı Baş Konsulluğu və İğdır Azərbaycan Evi tərəfindən təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbir İğdır vilayəti Valisinin Administrasiyası, Azərbaycanın Qarsdakı Baş Konsulluğu və İğdır Azərbaycan Evi tərəfindən təşkil olunub.
Tədbir iştirakçıları əvvəlcə Qarabağ müharibəsi şəhidlərinin xatirəsini ehtiramla yad ediblər. Daha sonra Azərbaycanın tarixi Zəfəri haqqında videoçarx nümayiş etdirilib.
Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev tarixi Zəfərin ölkə və bütövlükdə region üçün əhəmiyyətini vurğulayıb.
Diplomat qeyd edib ki, Azərbaycanın nüfuzunun və gücünün artması Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasəti ilə ayrılmaz şəkildə bağlıdır.
Turqut Ansari
